PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
İstanbul nəhəngi Fransa klubunda əsas heyətə düşə bilməyən 22 yaşlı mərkəz müdafiəçisini icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvarında "San Paulo"dan 20 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.