Braziliya millisinin futbolçusu Rafinya açıqlama verib. Sport24.az xəbər verir ki, vinger dünya çempionatındakı şanslarını dəyərləndirib:

 

"Heyətimizdə Vinisius kimi keyfiyyətli oyunçu var. Gənc olmasına baxmayaraq, hər görüşdə fərq yaratmaq potensialındadır. Vinisius dünya kubokunu Braziliyaya gətirə bilər. İnanıram ki, komandamız mundialda layiqincə çıxış edəcək".

 

Braziliya yığması qrupda Haiti, Mərakeş və Şotlandiya ilə qarşılaşacaq.