"Midyullann"ın futbolçusu Aral Şimşir karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" türkiyəli vingeri transfer etmək istəyir.
Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Şimşir üçün 9 milyon avroluq təklif göndərib. Danimarka klubu isə 23 yaşlı ön xətt oyunçusu üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, Aral Şimşir 2025/26 mövsümündə "Midyullann"ın heyətində meydana çıxdığı 54 rəsmi matçda 12 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvünün Super Liqa klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.