"Lans"ın futbolçusu Allan Sent-Maksiminin "Beşiktaş"a keçidi reallaşmayacaq. Sport24.az xəbər verir ki, "Beşiktaş" mövsümün gedişində fransız yarımmüdafiəçinin keçidini planlaşdırsa da, bundan vaz keçib.
Səbəb isə komandanın baş məşqçisi Vinçentso İtalianodur. Rəhbərlik Allanı transfer etmək istəsə də, italiyalı mütəxəssis bunu dəstəkləməyib.
"Lans"la müqavilə müddəti bu ayın sonunda başa çatacaq vinger "Sent-Etyen", "Monako", "Hannover", "Bastiya", "Nitsa", "Nyukasl", "Əl-Əhli", "Fənərbaxça", "Amerika" klublarında çıxış edib.