Eduardo Kamavinqa "Real"ı tərk edə bilər. Sport24.az xəbər verir ki, Madrid klubu yayda fransalı futbolçunu satmaq variantını nəzərdən keçirir.

 

Bu barədə  jurnalist Alfredo Pedulla məlumat yayıb.

 

La Liqa nəhəngi Kamavinqa üçün tələb etdiyi qiyməti 50 milyon avroya qədər endirib. Daha əvvəl "kral klubu"nun 23 yaşlı yarımmüdafiəçini 80 milyon avroya buraxmağa hazır olduğu bildirilirdi.

 

Qeyd edək ki, ​Eduardo Kamavinqa 2021-ci ilin yanında 31 milyon avro qarşılığında "Renn"dən "Real"a keçib. Onun klubla müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Yarımmüdafiəçi 2025/26 mövsümündə madridlilərin heyətində bütün turnirlər daxil olmaqla 43 matça çıxıb, bu oyunlarda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.