"Karvan-Yevlax" daha bir futbolçu ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Niderlandlı müdafiəçi Şakil Snonun müqaviləsi başa çatıb və o komandanı tərk edib.

 

30 yaşlı futbolçu ötən ilin yayından Yevlax təmsilçisində çıxış edirdi.

 

Xatırladaq ki, yeni mövsümdən 1-ci liqada oynayacaq "Karvan-Yevlax"ı daha əvvəl  Moise Nqvisani, Olavale Doyeni, Joy Slayd Mickels, Qavi Thompson, Kayl Spens və Pedro Mateus da tərk edib.