Liam Delap bu yay "Çelsi"dən ayrıla biləcək oyunçular arasındadır. Sport24.az "The Independent" qəzetinə istinadən xəbər verir ki, hücumçu hazırda əsas heyətdən ayrı məşq edir.

 

Mənbənin sözlərinə görə, bir neçə Premyer Liqa klubu vəziyyətdən istifadə etməyə çalışır. Bunların arasında Delapın əvvəllər oynadığı "Nottingem Forest" və "İpsviç" də var. "İpsviç" bu yöndə xüsusilə fəaldır.

 

Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada cəmi 1 qol vurub. Xabi Alonsonun təyinatından sonra hücumçunun London klubunda qalacağı inandırıcı görünmür.