"Beşiktaş"ın və Portuqaliya millisinin hücumçusu Rafa Silva peşəkar futboldan ayrılmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə Türkiyənin "Halk" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 32 yaşlı portuqaliyalı futbolçu "Fənərbaxça" ilə derbidən əvvəl klub prezidenti Serdal Adalı ilə görüşdə karyerasını başa vurmaq istəyini bildirib. Lakin Adalı oyunçunu meydana çıxmağa razı salıb.

 

Qeyd edək ki, Silva cari mövsümdə 16 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Portuqaliyalı karyerası ərzində "Benfika", "Braqa" və "Feyrense"də oynayıb. O, Portuqaliya millisində 25 oyun keçirib, Avropa çempionatı və Millətlər Liqasını qazanıb.