"Porto" "Milan"ın hücumçusu Santyaqo Ximenesi icarəyə götürmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Müqaviləyə sonradan futbolçunun transfer hüququnu 20 milyon avroya almaq şərti də daxildir.
Portuqaliya klubu icarə müddətində meksikalı futbolçunun 1,5-2 milyon avro arasında olan aylıq maaşını da tam ödəyəcək.
Qeyd edək ki, 25 yaşlı Ximenes 2025-ci ilin qışında "Feyenoord"dan "Milan"a keçib. Ötən mövsüm o, bütün turnirlərdə 18 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçu DÇ-2026-da Meksika millisinin heyətində dörd oyunda meydana çıxıb.