Yeni mövsüm üçün heyətini qorumağa çalışan "Zaqatala" vacib futbolçularından birini komandada saxlayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, I Liqa təmsilçisi kapitanı İlkin Qırtımovla əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib.
Təcrübəli müdafiəçi növbəti mövsümündə də "Zaqatala"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, Qırtımov karyerası ərzində "Kəpəz", "Simurq", "Keşlə", "Neftçi", "Zirə" və "Qəbələ" komandalarının formasını geyinib.