"Kəpəz" klubu Azərbaycan millisinin sabiq futbolçusu Namik Ələskərovu heyətinə qatmaq istəyir. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparır.

"Sarı-göylər" hazırda "Zirə"də çıxış edən futbolçunu transferə razı salmağa çalışır. Namik Ələskərovun "qartallar"la yollarını ayıracağı təqdirdə, onun "Kəpəz"ə keçidi reallaşa bilər.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2015/2016 mövsümündə də Gəncə klubunun formasını geyinib.

Hazırda "Zirə"də əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkən Ələskərov 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında cəmi 10 oyunda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.