"Monako"nun baş direktoru Tiaqo Skuru Pol Poqbanın komandada nə vaxt debüt edə biləcəyini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "French Football News"a danışıb:

 

"Əminliklə deyə bilərəm ki, o, "Havr"a qarşı meydanda olmayacaq. Biz realist olmalıyıq. Bərpa prosesinin üç ay çəkəcəyini gözləyirik. Peşəkar idman ilk növbədə elmdir. "Monako Liqa 1-in ən gərgin tələbkar klublarından biridir və bizim oyun üslubumuz oyunçulardan əla fiziki vəziyyətdə olmasını tələb edir".

 

Qeyd edək ki, Poqbanın "knyazlıq klubu" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.