"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola İngiltərə Futbol Assosiasiyasının Rodri ilə bağlı irəli sürdüyü ittiham barədə açıqlama verib. Sport24.az xəbər verir ki, İspan mütəxəssis klubun FA-nın verəcəyi qərarı qəbul edəcəyini deyib.
Məsələ ilə bağlı danışan Pep Qvardiola bildirib:
"FA-nın verəcəyi qərarı qəbul edəcəyik. Böyük qurumların davranışımızla bağlı verdiyi mövqeyə hörmətlə yanaşırıq.
Qeyd edək ki, Rodri fevralın əvvəlində "Tottenhem"lə keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra hakimlərin neytral olmalı olduğunu deyərək referinin obyektivliyini şübhə altına alan açıqlamalar vermişdi. İngiltərə Futbol Assosiasiyasının isə cümə günü ispaniyalı yarımmüdafiəçiyə bu fikirlərə görə rəsmi ittiham irəli sürüldüyünü açıqlayıb.