"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın yeni transferi Rayan Şerkinin perspektivlərini dəyərləndirib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis fransalı futbolçudan razı qaldığını bildirib:
"Rayan karyeramda gördüyüm ən istedadlı futbolçulardan biridir. Onun istedadı... O, top oyuçudur. Sual ondadır ki, o, komandaya necə uyğunlaşmalı və oyunu necə oxumalıdır.
O, Klublararası Dünya Çempionatına yaxşı başlamışdı, lakin sonra sanki oyundan kənar vəziyyətə düşdü. Məndə belə bir hiss var ki, o, topu alanda hər şey yaxşılaşır.
Ancaq həmişə müstəsna bir şey etmək lazım deyil - sadəcə, futbol oynamaq lazımdır. Onda nəsə var. "Everton"la oyunun sonuncu dəqiqələrində Erlinqə (Haaland) etdiyi ötürmə... O, bunu edə bilər".
22 yaşlı fransalı cinah yarımmüdafiəçisi ötən yay "Lion"dan "Siti"yə keçib. O, "şəhərlilər"in heyətində Premyer Liqada 7 oyuna çıxıb, 2 qol vurub və 1məhsuldar ötürmə edib.