FIFA referisi Elçin Məsiyev təyinat alıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda keçiriləcək "Genk" (Belçika) - "Betis" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

 

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR-da, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR-da olacaq. 

 

Qeyd edək ki, görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.