Cəlal Hüseynovun formasını geydiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Kırcali təmsilçisi 12-ci turda öz meydanında "Septemvri Sofia" ilə qarşılaşıb.

 

Matç meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Cəlal bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, 12 turdan sonra aktivində 12 xal olan "Arda" turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.