"Məktəbli Kuboku" turnirinə start verilib. Sport24.az xəbər verir ki, ilk olaraq Siyəzən rayonunda 5-ci və 7-ci sinif oğlanlar arasında oyunlar keçirilib. 7-ci sinifdə 12, 5-ci sinifdə isə 10 məktəbin şagirdləri arasında mübarizə başlayıb.

 

Turnirin son günündə bağlanış mərasimi təşkil olunacaq. Daxili birincilik başa çatdıqdan sonra hər iki qrup üzrə çempion komanda rayonu bölgə yarışlarında - Regional finallarda təmsil edəcək.

 

İlk günün nəticələrini nəzərinizə çatdırırıq:

  5-ci siniflər Gilgilçay qəsəbəsi - 4 nömrəli məktəb - 3:1 3 nömrəli məktəb - Zarat - 2:1   7-ci siniflər Yenikənd - 1 nömrəli məktəb - 1:7 Böyük Həmyə - Gilgilçay qəsəbəsi - 4:7