İranı Asiya Çempionlar Liqasında təmsil edən "Traktor" heyətini türkiyəli oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, Təbriz təmsilçisi Dorukhan Toközdən gedir.

 

Hazırda "Kayserispor"un formasını geyinən 29 yaşlı yarımmüdafiəçi qışda İrana yollana bilər.

 

Türkiyə millisinin sabiq üzvünün hazırkı komandası ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

 

O, "Eskişehirspor", "Beşiktaş", "Trabzonpor", "Adana Demirspor", "Eyüpspor" klublarının formasını geyinib.