"Şəmkir" baş məşqçisi Vüqar Nadirovla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Klub Vüqar Nadirova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

"Şəmkir" hazırda 2-ci liqada 6 turdan sonra 9 xalla 6-cı pillədə qərarlaşıb.