"Nyukasl"ın qapıçısı Nik Poup klubu ilə müqaviləsini daha bir mövsüm uzadıb. Sport24.az xəbər verir ki, qolkiper bu barədə "Sky Sports"a açıqlama verib:

 

"Mənim müqaviləm 2027-ci ildə başa çatır. Burada mümkün qədər çox vaxt keçirmək istəyirəm". 

 

Qeyd edək ki, tərəflər arasında əvvəlki razılaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulmuşdu.