"Çox yaxş oyun keçdi". Bu sözləri Sport24.az-a "Sabah"ın futbolçusu Velko Simiç deyib.
30 yaşlı vinger "Zirə"ni üç cavabsız qolla məğlub etdikləri Misli Premyer Liqasının VIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Düşünürəm ki, ilk dəqiqədən yüksək səviyyədə və intensiv oynadıq. Qələbəni tam şəkildə haqq etdik".
Serbiyalı oyunçu sözügedən qarşılaşmada iki qol vurduğu üçün xoşbəxt olduğunu söyləyib:
"Fərqlənmək və komandaya qələbə qazandırmaq həmişə xoş hissdir. Buna görə çox xoşbəxtəm. Lakin əsas olan komandanın qalib gəlməsi idi. Buna görə isə çox şadam".
Qeyd edək ki, "Sabah" IX turda "Araz-Naxçıvan"la üz-üzə gələcək.