"Möllbü" vaxtından əvvəl İsveç çempionatının qalibi olub. Sport24.az xəbər verir ki, komanda yüksək liqanın 27-ci turunda səfərdə "Göteborq"u 2:0 hesabı ilə məğlub edib.
Mövsümün sonuna 3 tur qalmış "Möllbü"nün aktivində 66 xal var. İkinci yerdə 55 xalla "Hammarbü" qərarlaşıb.
"Möllbü" 1500 nəfərdən az əhalisi olan kiçik Hellevik kəndini təmsil edir.
Qeyd edək ki, kənd komandası 2018-ci ildə üçüncü divizionda oynayıb. 2019-cu ildə ikinci diviziona yüksəlib. 2020-ci ildən isə yüksək liqada çıxış edir. Bu klubun tarixində ilk çempionluqdur.