"Real"ın braziliyalı hücumçusu Endrik tezliklə klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.
19 yaşlı hücumçu daim oynaya biləcək komanda istəyir və qışda icarəyə getməyi düşünür. O, bu mövsüm "Kral klubu"nun heyətində hələ meydana çıxmayıb. "Transfermarkt" portalı braziliyalının bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, hücumçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayında başa çatır.