Cənubi Azərbaycan təmsilçisi "Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində III tur çərçivəsində növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, Təbriz təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliyinin "Əl-Şarja" klubu ilə qarşılaşıb.
Matç İran çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Traktor" hazırda 5 xalla turnir cədvəlinin 3-cü sırasında qərarlaşıb.