İtaliyanın "Yuventus" klubu 31 yaşlı mərkəz müdafiəçisi Daniele Ruqani ilə yeni müqavilə imzaladığını açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

 

Yeni sözləşmə 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq.

 

Qeyd edək ki, D.Ruqani 2012-ci ildən "Yuventus"da çıxış edir. O, "qoca sinyora"nın heyətində 152 oyunda 11 qol vurub.