"Yuventus"un 20 yaşlı hücumameyilli yarımmüdafiəçisi Kənan Yıldız klubda ona verilən 10 nömrəli formadan danışıb. Sport24.az bildirir ki, bu formanı Turin klubunda əvvəllər Alessandro Del Pyero geyib.

 

"Əvvəlcə "Aman Allah, 10 rəqəminin öhdəsindən gələ biləcəyəmmi?" deyə düşündüm. Amma sonra buna çox əhəmiyyət vermədim.

 

Düzünü desəm, fərqi yaradan nömrə deyil, mənəm. Ona görə də hər zaman əlimdən gələnin ən yaxşısını verməyə və nəyə qadir olduğumu göstərməyə çalışıram. İndiyə qədər hər şey yaxşı gedir, mən bunu davam etdirmək istəyirəm.

 

Bu heyrətamiz hissdir. Bu, hər bir uşağın arzusudur və indi mən bu köynəyi klubda geyinirəm.

 

Mən həmişə deyirəm ki, mənimlə Del Pyero arasında müqayisələri sevmirəm, çünki o, bir əfsanədir", - Yıldız deyib.

 

Kənan Yıldız "Yuventus"da 65 oyun keçirib və 10 top vurub.