"Monako"nun keçmiş baş məşqçisi Filip Kleman Liqa 1-də mübarizə aparan "Renn"i çalışdıra bilər. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "qırmızı-qaralar"ın rəhbərliyi mütəxəssisin işini yüksək qiymətləndirir. Komandanın hazırkı baş məşqçisi Habib Beydir. "Renn" isə onun rəhbərliyi altında hazırda 11 xalla turnir cədvəlində 9-cu pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, Kleman karyerası ərzində "Brügge", "Genk" və "Waasland-Beveren" klublarını çalışdırıb. Onun son iş yeri 2025-ci ilin fevralında tərk etdiyi Şotlandiya təmsilçisi "Reyncers" olub. Klement "Genk" və "Brügge" ilə (iki dəfə) Belçika çempionu olub, həmçinin "Belçika Superkubokunu qazanıb.