Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Fələstindəki vəziyyəti şərh verib və Kataloniya və Fələstin milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsini dəstəkləyib. Sport24.az xəbər verir ki, ünlü mütəxəssis bununla bağlı "RAC1" radiostansiyasına açıqlama verib:
"Dünya Fələstini tək qoyub. Biz əslində heç nə etməmişik. Oradakı insanlar heç nədə günahkar deyillər. Onlar sadəcə burada doğulublar. Hamımız bütöv bir millətin məhv edilməsinə göz yummuşuq. Baş verənlər artıq geri qaytarıla bilməyən bir pislikdir.
Qəzzada baş verənlərlə bağlı haqlı çıxara biləcəyimiz birini təsəvvür etməkdə çətinlik çəkirəm. Uşaqlarımız bu yerlərdə ola bilərdi və sadəcə doğulduqları yerə görə öldürülərdilər. Liderlərə demək olar ki, heç bir etibarım qalmayıb. Onlar hakimiyyəti qorumaq üçün hər şeyə hazırdırlar.
Simvolik addımlar vacibdir. Bu addımlar diqqəti ora yönəltməyə kömək edir. Lakin onlardan sonra real işlər görülməlidir".
Qeyd edək ki, sözügedən oyun bu gün keçiriləcək. Fələstin yığması əvvəllər Bask millisi ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.