Futbol üzrə Niderland birinci divizionunda 24-cü turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Almere Siti” ilə qarşılaşıb. Futbolçumuzun komandası 0:1 hesabıyla məğlub olub.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 39 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.