Veteran qapıçı Oliver Kan "Real"ın baş məşqçisi Xabi Alonsonun gələcək karyerası barədə danışıb. Sport24.az xəbər verir ki, "Bavariya" və Almaniya millisinin sabiq üzvü bu barədə "Sky Sport Germany"ə açıqlama verib:   

 

"Real"ın nəticələri məni təəccübləndirmir. Çünki hazırkı baş məşqçi Madrid klubuna yaraşmır. Xabinin sistemli futbol və mövqe oyununa əsaslanan yanaşması spesifik bacarıqlara malik oyunçular tələb edir. Lakin "Real"ın fərqli bir üslubu var. Bu klub tam fərqli fəlsəfə üzərində qurulub. Oyunçular kiminsə oyun fəlsəfəsinə uyğun çərçivəyə sığınmaq istəmirlər. Komandanın hazırkı problemi də bundan yararlanır, əsas anlaşılmazlıq budur.

"Real"a super ulduzları birləşdirməyin yolunu tapa bilən məşqçi lazımdır, onlara müəyyən bir sistemə uyğun oynamalı olduqlarını deyən biri yox".

 

Qeyd edək ki, artıq neçə vaxtdı mətbuatda xabi Alonsonun "real"dan qovulacağı ilə bağlı xəbərlər dolaşır.