"İstanbul Başakşehir" yeni baş məşqçisinin adını açıqlayıb. Sport24.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, Nuri Şahin İstanbul təmsilçisinin "sükanı arxasına" keçib.  

 

37 yaşlı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb.

 

Şahin 2024-cü ilin iyulundan 2025-ci ilin yanvarına kimi Dortmund "Borussiya"sını çalışdırıb.

 

Qeyd edək ki, 3 oyundan sonra aktivində 2 xal olan  "İstanbul BB" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.