"Barselona"nın gənc ulduzu Lamin Yamalın zədəsinin gözlənildiyindən daha ciddi olduğu ortaya çıxıb. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
18 yaşlı futbolçu La Liqada "Xetafe" (21 sentyabr) və "Real Ovyedo" (23 sentyabr) ilə matçları buraxa bilər. Artıq dəqiq məlumdur ki, Yamal Çempionlar Liqasında "Nyukasl"la oyunda "Barsa"ya kömək etməyəcək.
Qeyd edək ki, Yamal avqustun 23-də "Levante" ilə oyun zamanı qasıq ağrıları hiss etməyə başlayıb.