Argentina millisinin və "Tottenhem"in müdafiəçisi Kristian Romero Lionel Messinin DÇ-2026-da çıxış edib-etməyəcəyi barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə "Tribal Football"a açıqlama verib: 

 

"Messi yaxşı formadadır, məncə, o, mundialda iştirak edəcək. Amma son qərar onun özündən asılıdır. Komanda onunla oynamağı sevir. Mənim və futboldan anlayışı olan insanlar üçün Messi tarixin ən yaxşı futbolçusudur".

 

Qeyd edək ki, Argentina millisi hazırda son dünya çempionudur. Lionel Skaloninin rəhbərlik etdiyi komanda 2022-ci il mundialının finalında  penaltilər seriyasında Fransa yığmasını məğlub etmişdi.