"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika" üzərində qələbəsi sözlə ifadə olunmur". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.

 

O, qarşılama zamanı "Benfika" üzərində qələbənin unudulmaz olduğunu söyləyib:

 

"Bu "Qarabağ" tarixinin unudulmaz oyunlarından biri idi. Hesabda 0:2 geriyə düşdükdən sonra bəlkə də heç kim inanmırdı, amma biz inanırdıq. İnanıram ki, ardı gələcək".

 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2.