"Bu böyük zəfəri xalqımıza və Prezident İlham Əliyevə həsr edirik". Sport24.az-ın məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

O, Bakıda qarşılama zamanı jurnalistlərə açıqlama verib:

"Biz qürurluyuq. "Qarabağ"ın öz sistemi və illərin təcrübəsi var. Azərbaycan futbolunun gücünü Avropaya göstərdik. Bu, klubdakı birliyin nəticəsidir. Avrokuboklarda 9 qarşılaşmada yenilmirik".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk matçında səfərdə "Benfika"nı məğlub edib.