Joze Mourinyo "Benfika"nın yeni baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
62 yaşlı portuqaliyalı Çempionlar Liqasının ilk turunda "Qarabağ"a 3:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Bruno Leyqinin yerinə keçməyə yaxındır.
Qeyd edək ki, Mourinyo sentyabrın əvvəlində Çempionlar Liqasının seçmə mərhələsində "Benfika"ya 0:0, 0:1 hesablı məğlubiyyətdən sonra "Fənərbaxça"dan qovulub.