Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib. Sport24.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin əsas komandasının "sükanı arxasına" Lilian Popesku keçib.

 

Hazırda 51 yaşlı Popesku Moldovanın "Petrokub" klubunun idman direktoru və Moldovanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərir. Onun bu vəzifələrdə kimin əvəzləyəcəyi hələ məlum deyil.

 

Qeyd edək ki, yığmanın sabiq baş məşqçisi Sergey Kleşenko sentyabrın 9-da DÇ-2026-nın seçmə mərhələsində komandasının Norveçə 11:1 hesablı məğlubiyyətindən sonra istefa vermişdi. Popesku oktyabrın 9-da Rumıniya ilə səfər matçında baş məşqçi kimi yığmanı ilk oyuna çıxacaq.