"Benfika"nın kapitanı Nikolas Otamendi komandasının Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Qarabağ"a məğlubiyyətini (2:3) şərh edib. Sport24.az xəbər verir ki, argentinalı futbolçu bununla bağlı "Sport TV"yə açıqlama verib: 

 

"Çox ağrılı nəticədir. Yol uzun olacaq və ilk turdan sonra heç kim bütün matçlarda qalib gələcəyimizə zəmanət verə bilməz. Məsuliyyəti üzərimizə götürməli və oyunumuzu izləmək üçün pul ödəyən azarkeşlərdən üzr istəməliyik. Bu gün bizdə heç nə alınmadı".

 

"Benfika"nın kapitanı məğlubiyyətdən nəticə çıxarmalı olduqlarını vurğulayıb:

 

"Bizə bir qədər də təkmilləşmək lazımdır. 2:0 öndə olub, sonra standart vəziyyətlərdən qol buraxa bilmərik. Möhtəşəm futbol nümayiş etdirmək üçün daha da çox çalışmaq lazımdır. Mövsüm yeni başlayıb və stadionumuz rəqiblər üçün əsl cəhənnəmə çevrilməlidir".

 

Otamendi azarkeşlərin narazı qalması üçün əsaslarının olduğunu da söyləyib: "Onlar biletlərin pulunu ödəyirlər, ona görə də etiraz etmək üçün əsasları var. Amma burada heç kim təkbaşına özünü xilas edə bilməz - qalib gələndə birlikdə qalib gəlirik, məğlub olanda da kollektiv özünütənqid etməlidir".