"Napoli"nin hücumçusu Lorenso Lukka icarə əsasında "Nottingem Forest"in formasını geyinəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

 

İcarə müqaviləsi "meşəçilər"ə 1 milyon avroya başa gələcək. Sözləşməyə mövsümün sonunda futbolçunu 35 milyon avroya birdəflik transfer etmək bəndi də daxildir.

 

25 yaşlı Lukka ötən mövsüm "Udineze"də yaxşı təsir bağışlayıb (A Seriyasında 12 qol vurub), lakin "Napoli"yə qoşulduqdan sonra start heyətində özünü təsdiqləyə bilməyib.

 

Qeyd edək ki, Lukka "Napoli"nin heyətində bütün turnirlərdə 22 oyuna çıxıb və 2 qol vurub.