Yunan mütəxəssis Angelos Postekoqlu "Nottingem Forest"in "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Ben Jakobs sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, bu posta əsas namizəd "Tottenhem"in keçmiş baş məşqçisidir. Ondan başqa Joze Mourinyo və "Fulhem"dən ayrılan Marko Silva da namizədlər arasındadır.

 

Qeyd edək ki, ötən gün "Nottingem Forest" baş məşqçisi Nuno Espirito Santo ilə yolları ayırdığını elan edib. Premyer Liqada 3 turdan sonra aktivində 4 xal olan "meşəçilər" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.