"Arsenal" və İngiltərə millisinin hücumçusu Noni Madueke London klubunun tarixində Avropa Kuboku/Çempionlar Liqasında debüt oyununda üç qol vuran ilk oyunçu olub. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sport" portalı məlumat yayıb.

 

Çempionlar Liqasının 5-ci turunda ingilis futbolçu "Bavariya"nın qapısına yol tapıb (3-1), dekabrın 10-da isə 6-cı turda "Brügge" ilə görüşdə dublla yadda qalıb. 

 

Qeyd edək ki, forvard cari mövsümdə "Arsenal"ın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və üç qol vurub. Maduekenin London klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.