Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Sport24.az xəbər verir ki, buna avrokubokların əsas mərhələsinin bu həftə baş tutan oyunlarından sonra aydınlıq gəlib.

 

Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerini qoruyub. Bizə yaxın Ukrayna (23.256) 25-ci, Sloveniya isə (22.218) 27-cidir.

 

Qeyd edək ki, "Qarabağ" bu həftə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda "Ayaks"a (Niderland) uduzub - 2:4. 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (104.005) başçılıq edir.