"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub artıq bir neçə gündür komanda ilə yaxından tanış olur. Sport24.az-ın əldə etdiyi məlumata görə, ukraynalı mütəxəssis heyətdəki futbolçuların potensialını yüksək qiymətləndirib.

Vernidub bildirib ki, ardıcıl məğlubiyyətlər komandada psixoloji gərginlik yaradıb. O, müəyyən funksional çatışmazlıqların ola biləcəyini desə də, ümumilikdə kollektivdən razı qaldığını vurğulayıb.

Baş məşqçi həmçinin hazırkı heyətin böyük uğurlar qazana biləcəyini qeyd edib.

Maraqlıdır ki, Vernidub heyətdəki heç bir futbolçunun komandadan göndərilməsini istəmir.