"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares mövsüm bitdikdən sonra da klubda qala bilər. Sport24.az ESPN-ə istinadən xəbər verir ki, amerikalılar hazırda onunla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır. 

 

Bir müddət əvvəl mətbuatda 38 yaşlı futbolçunun mövsümün sonunda karyerasını başa vuracağı ilə bağlı xəbərlər yayılmışdı. 

 

Klub həmçinin yarımmüdafiəçi Rodriqo De Paulun müqaviləsini də satın aldığı bildirilir. Argentinalı futbolçu ötən yay mövsümün sonuna qədər icarə əsasında Madrid "Atletiko"sundan Mayami klubuna keçib keçib.

 

"İnter Mayami" onun transferini birdəflik həll edib və dörd illik müqavilə imzalayıb. Argentinalı illik 12 milyon dollar maaşa razılaşıb.