İngiltərə millisi DÇ-2026-ya hazırlıq çərçivəsində martda iki yoldaşlıq oyunu keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə yerli Futbol Assosiasiyası məlumat yayıb.

 

Tomas Tuhelin baş məşqçisi olduğu kollektiv martın 27-də Uruqvay, 31-də isə Yaponiya ilə qarşılaşacaq. Hər iki oyun "Uembli" stadionunda keçiriləcək.

 

Qeyd edək ki, İngiltərə yığmasının DÇ-2026-nın qrup mərhələsindəki rəqibləri Xorvatiya, Qana və Panama olacaq.