"Neftçi"nin qış təlim-məşq toplanışını keçirəcəyi məkan böyük ölçüdə bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" mövsümün ikinci yarısına Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlaşacaq.

Artıq komandanın yoxlama matçı keçirəcəyi rəqiblərdən biri müəyyənləşmək üzrədir.

UEFA Çempionlar Liqasında çıxış edən Qazaxıstan təmsilçisi "Kayrat" "Neftçi"yə yoxlama oyunu keçirmək üçün təklif göndərib.