Niderland millisinin müdafiəçisi Denzel Dumfris "İnter"də qalacaq. Sport24.az xəbər verir ki, tərəflər arasında yeni müqavilə barəsində razılıq əldə olunub.

 

"İnter"in niderlandlı futbolçu ilə yeni müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq.

 

28 yaşlı müdafiəçi bu mövsüm "İnter"in heyətində 14 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

"İnter" A Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.