AVRO-2024-ün Niderland - İngiltərə yarımfinal matçından əvvəl iki komandanın azarkeşləri arasında dava düşüb.

Sport24.az xəbər verir ki, hadisə oyunun keçiriləcəyi Dortmundda baş verib.

Şəhərdəki əyləncə mərkəzlərindən birində niderlandlı azarkeşlər britaniyalı fanatlara hücum ediblər. Niderlandlılar qarşı tərəfə müxtəlif vasitələr, o cümlədən stul və skamyaları tullayıblar. Polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, barın əməkdaşının sözlərinə görə niderlandlı azarkeşlərdən birinin ingilis bayrağını oğurlamaq istəməsi hadisəyə səbəb olub.