"Əl-Hilal"ın hücumçusu Neymar "İnter Mayami"yə keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.
ABŞ klubu keçidi yanvarda reallaşdırmağa çalışacaq. Bu uğursuz olarsa, "İnter Mayami" 2025-ci ilin yayında braziliyalını "rənglərinə bağlayacaq".
Qeyd edək ki, Neymarın "Əl-Hilal" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.