"Neftçi"nin sabiq müdafiəçisi Azər Əliyev "Yenisey"ə keçib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər mövsümün sonuna qədər müqavilə imzalayıblar.

 

31 yaşlı oyunçu ötən yay "ağ-qaralar"dan ayrıldıqdan sonra azad agent olub.

 

Əliyev 2013-cü ildən 2017-ci ilə qədər də "Yenisey"də oynayıb və 89 oyunda 6 qola imza atıb. 

 

Qeyd edək ki, Əliyev karyerası ərzində "Ufa", "Krılya Sovetov", "Saxalin" və "Tambov"un formasını geyinib. O, Rusiya Premyer Liqasında 70 oyunda meydana çıxıb və 3 qol vurub.